Niderlandın “Tvente” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
“Cebheinfo.az” xəbər verir ki, komanda “Ayaks”dan Naci Ünüvarı transfer edib.
21 yaşlı türk əsilli niderlandlı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
O, daha əvvəl də “Tvente”də bir müddət icarə əsasında çıxış edib.
Naci Ünüvar ötən mövsümü isə İspaniyanın “Espanyol” klubunda keçirib. Kataloniya təmsilçisində sadəcə 4 matçda meydana çıxan gənc futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, türk əsilli futbolçu 2022-2023-cü illərdə “Trabzonspor”da da oynayıb.