EN

Paşinyan Belarusdakı səfirini Ukraynadakı diplomatik missiyasının nümayəndəsi TƏYİN EDƏCƏK

Paşinyan Belarusdakı səfirini bu ölkənin Ukraynadakı diplomatik missiyasının nümayəndəsi təyin etməyi planlaşdırır.

İnterpress.az xəbər verir ki,  bu barədə erməni mediası Ermənistan Xarici İşlər Nazirliyinə yaxın mənbələrə istinadən yazır.

Ermənistan hakimiyyəti 2024-cü ilin yayında geri çağırılan Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryanı bu ölkənin Ukraynadakı diplomatik missiyasının nümayəndəsi təyin etməyi planlaşdırır.

Xatırladaq ki, Xumaryan keçən ilin iyununda Belarus prezidenti Aleksandr Lukaşenkonun Qarabağdakı müharibənin nəticələrini qiymətləndirməsindən və Paşinyanla mübahisəsindən sonra Minskdən geri çağırılıb.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
2
1
interpress.az

2Sources