EN

Blinkenə "sən bombalara mane olmadın" deyən jurnalist zaldan çıxarıldı - VİDEO

ABŞ Dövlət katibi Antoni Blinken Dövlət Departamentində səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirdiyi sonuncu mətbuat konfransında Qəzza ilə bağlı danışarkən bəzi jurnalistlər tərəfindən etirazla qarşılanıb.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, amerikalı jurnalist Maks Blumental Blinkenin çıxışını kəsərək bunları deyib:

"Qəzzada 300 jurnalist sənin bombalarınla hədəfə alındı. May ayında razılaşmanız var idi, bunu hamımız bilirdik. Toni, sən bombalara mane olmadın. Niyə dostlarımın öldürülməsinə icazə verdin?".

Bu çıxışından sonra M.Blumental zaldan çıxarılıb.

BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında bildirib ki, baş verənlər qəbulolunmazdır, hər kəs jurnalistlərin toxunulmazlığına və söz azadlığına hörmət etməlidir.

Həmin görüntüləri təqdim edirik:

Chosen
3
5
day.az

10Sources