EN

Nənələrimiz Nəsrəddin Tusini oxumuşdular? » AzadMedia.az



Etibar Əliyev,
Təhsil üzrə ekspert


Uşaq vaxtından heç yadımdan çıxmır. Günəşin, yaxud ayın üzü tutulanda nənələrimiz qabları, qazanları bərk döyəcələyərdilər. Həm də bizim başa düşmədiyimiz hansısa duaları oxuyardılar. Bəs məktəb üzü görməyən müdrik nənələr bu hərəkətləri haradan götürmüşdülər? Professor Maarif Əkbərovun “Riyaziyyat nədir”? kitabından belə bir maraqlı mətn oxudum. “Hülaki xan bir dəfə Nəsrəddin Tusini hüzuruna çağırtdırıb, ondan soruşur: “Sən göyə çıxırsan?” Nəsrəddin Tusi cavab verir ki: “Yox”. Hülaki xan deyir: “Mələklər sənə xəbər gətirmək üçün göydən enib yanına gəlirlər?”. Nəsrəddin yenə də “Yox” cavabını verir. “Bəs onda göydəki hadisələri haradan bilirsən?” –deyə Hülaki soruşur. Tusi bu suala belə cavab verir: “Hesablamaqla”. Hülaki: “Sən yalan danışırsan, mərifətini göstər ki, sənə inanım!” –deyir. Nəsrəddin: “Filan gecə, filan vaxtı ay tutulacaqdır”-deyir. Hülaki xan buna inanmır və Tusinin həbs edilməsinə dair fərman verir. Lakin, belə bir şərt qoyur ki, əgər onun sözü düz çıxarsa, o, azadlığa buraxılacaq, yalan olsa, edam ediləcək. Alim həmin gecəyədək həbsdə qalır. Tusinin dediyi dəqiq vaxtda gecə ay tamamilə tutulur. Amma həmin gecə təsadüfən Hülaki xan sərxoş olduğundan bərk yatıbmış. Heç kim onu oyatmağa cürət etmirmiş. Bunu Nəsrəddinə çatdıranda o öz-özünə deyir ki, “Əgər Hülaki xan ayın tutulmasını gözləri ilə görməsə deyilənlərə inanmayıb, məni öldürəcək, çarə tapmalıyam”. Bir az fikirləşib, monqollara deyir: “Qabları, qazanları bərk döyəcələyin, yoxsa sizin Ay qiyamətəcən yoxa çıxacaq!”. Başlayırlar qab-qacaqları möhkəm döyəcələməyə, böyük bir hay-küy qopur. Nəsrəddin bu hiylə ilə Hülakinin yuxudan oyanmasına nail olur. O vaxtdan hər ay tutulanda əhali arasında qab-qacaq döyəcələmək adət halını almışdır. Xan ayın tutulmasını görüb böyük alimə inanır və beləliklə də, onların dostluğu yaranır”.
Chosen
9
1
azadmedia.az

2Sources