EN

Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 66 % artıb

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatlar üzrə dövriyyə 2023-cü ilə nisbətən 66,2 % artaraq 1 milyard manatı keçib.

Bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Bundan başqa, məlumata görə, ötən il muxtar respublikada qeydiyyatdan keçmiş POS-terminalların sayı əvvəlki ilə nisbətən 76 % artaraq 2 036, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə isə 38,8 % artaraq 112 milyon manat təşkil edib.

"Cebheinfo.az"

Chosen
11
50
cebheinfo.az

10Sources