İran prezidenti Məsud Pezeşkian Tacikistandakı təmaslarından sonra Rusiyanın paytaxtı Moskvaya gedib.
Modern.az xəbər verir ki, Moskvada keçiriləcək Putin-Pezeşkian görüşü çərçivəsində İran-Rusiya Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanacaq.
Pezeşkian və Putinin bu gün Moskvada imzalayacağı sənəd iki ölkə arasında 20 il ərzində münasibətləri formalaşdıracaq.