EN

Ticarət və tranzit: Azərbaycan və Gürcüstan regional inteqrasiyanı necə möhkəmləndirir?

Bakı. Trend:

Cənubi Qafqaz dünya geosiyasətində daha böyük əhəmiyyət kəsbetməyə başlayıb, Azərbaycan və Gürcüstan isə regionun aparıcıoyunçuları kimi seçilirlər. Qlobal dəyişikliklər fonunda Azərbaycanprezidenti İlham Əliyevin qonşu ölkələrlə əlaqələri möhkəmləndirməksəyləri regionun strateji əhəmiyyətini vurğulayıb. Azərbaycan vəGürcüstan arasında çoxəsrlik dostluğuna söykənərək, bu ölkələrqarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan tərəfdaşlığıgücləndirməyə davam edir.

Yüksək səviyyəli səfərlər iki ölkənin münasibətlərinin ayrılmazhissəsinə çevrilərək, onların bərabər şəkildə qlobal çağırışlarınöhdəsindən gəlmək səylərini vurğulayıb. Hər iki dövlət anlayır ki,sıx əməkdaşlıq regionda sabitliyin və çiçəklənmənin zaminidir.

Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlər sabityüksəliş nümayiş etdirir. 2024-cü ilin ilk 11 ayında ikitərəfliticarətin həcmi 730,11 milyon dollar təşkil edib ki, bu daölkələrin iqtisadi münasibətlərinin nə qədər dərin olduğunu əksetdirir.

İnvestisiya axınları da əhəmiyyətli dərəcədə artıb. 2004-cü ilinyanvarından sentyabr ayında kimi Azərbaycana qoyulan gürcüinvestisiyalarının həcmi 178,78 faiz artaraq, 31,047 milyon dollaraçatıb. Eyni zamanda, Azərbaycanın Gürcüstana qoyduğu yatırımlar88,82 faiz artaraq, 95,75 milyon dollar təşkil edib. Bugöstəricilər iqtisadi artıma olan birgə marağı və artan qarşılıqlıetibarı vurğulayır.

Enerji sektoru da əməkdaşlığın vacib sahələrindəndir. 2006 və2007-ci illərdə işə salınmış Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri regionun enerji xəritəsini əhəmiyyətli dərəcədədəyişib.

BTC Azərbaycan neftinin Türkiyə vasitəsilə dünya bazarlarınaixracını təmin edir, tranzit gəlirlər formalaşdırır və eynizamanda, Gürcüstanın instrastrukturunu inkişaf etdirir.Bakı-Tbilisi-Ərzurum qaz kəməri isə öz növbəsində Gürcüstanın vəTürkiyənin enerji təhlükəsizliyini gücləndirir, regionuninteqrasiyasını möhkəmləndirmiş olur. Bu layihələr Azərbaycana irienerji resursları tədarükçüsü statusunu qazanıb, Gürcüstan isəvacib tranzit qovşağa çevrilib.

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası 2017-ci ildəyekunlaşıb. Bu layihə regional nəqliyyat infrastrukturununinkişafında vacib dönüş nöqtəsi olub. Orta dəhlizin bir hissəsiolan bu marşrut Çinlə Avropa arasında tranzit müddəti qısaldaraq,daha sürətli və effektiv ticarət yolu yaradır.

Gürcüstan Azərbaycanın Poti və Batumi limanları vasitəsilə Qaradənizə çıxışını təmin edir. Sözügedən dəniz limanları yüklərinAvropaya daşınmasında mümüm rol oynayır. Azərbaycan öz növbəsindəBakı limanı vasitəsilə Xəzər dənizinə çıxışı təmin edir və beləcə,Mərkəzi Asiya və Çindən yüklərin tranziti üçün imkanlar yaradır.İki ölkənin birgə səyləri onların dünya logistika sistemindəkimövqelərini möhkəmləndirir.

2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya vəMacarıstan “yaşıl” enerji sahəsində strateji tərəfdaşlıqla bağlıSaziş bağlayıb. Sənəd bərpaolunan enerji mənbələrinin inkişafetdirilməsinə, enerji səmərəliliyinin artırılmasına və karbon qazıtullantılarının ixtisarına hədəflənib.

Bu saziş Azərbaycan və Gürcüstan üçün enerji resurslarınınşaxələndirilməsi və enerji təhlükəsizliyinin artırılması baxımındanyeni imkanlar yaradır. Onların strateji mövqeyi Avropaya ekolojitəmiz enerji ixrac etməyə və beləcə, regionun qlobal enerjibazarlarındakı əhəmiyyətini artırmasına imkan verir.

Azərbaycan və Gürcüstanın tərəfdaşlığı gələcək inteqrasiya vədayanıqlı iqtisadi artım üçün mühüm perspektivlər açır. Müştərəkinvestisiya layihələri və təşəbbüsləri onların regiondakı vədünyadakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilər.

Cənubi Qafqazda nizamlayıcı rol oynayan Azərbaycan Gürcüstanlatərəfdaşlıq çərçivəsində regionda uzunmüddətli sabitlik vəçiçəklənmənin əsasını qoyur. Birgə hədəfləri və qarşılıqlı etibarıbölüşən bu iki ölkə regionun gələcəyini formalaşdırır və beləcə,onun dünya arenasındakı əhəmiyyətini artırmış olur.

Chosen
3
2
az.trend.az

3Sources