"1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başladı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi. Ermənistanın ölkəmizə qarşı ərazi iddialarına, erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara Sovet rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, həmçinin Azərbaycanın o zamankı rəhbərlərinin qətiyyətsizliyi, milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31