EN

Bu gün Azərbaycan Bayrağı azad edilmiş bütün torpaqlarımızda dalğalanır- ÖZƏL

"Son 21 ildə  Heydər Əliyev siyasətini  uğurla davam etdirən Prezident İlham Əliyev müasir müstəqil Azərbaycanı dünyaya qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ölkə kimi təqdim etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfəri, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində suverenliyimizin  tam bərpa olunması xalqımızın yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi.  Xalqımız 20 Yanvar faciəsinin 35-cü ildönümünü  qürur hissi və başucalığı ilə qeyd edir. Bu gün Azərbaycan Bayrağı azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Azərbaycan  mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
olaylar.az

1Sources