EN

"Anası qeysəriyyə əməliyyatından imtina edib" - 6 kiloqramlıq uşaqla bağlı AÇIQLAMA

"Bakıda 6 kiloqram çəkidə doğulan körpə sabah evə buraxılacaq".   Manset.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, körpənin vəziyyəti hazırda normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir: "Bu ananın artıq üçüncü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi körpəsi də 4 kiloqram 600 qramla təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən qadın 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib". Doğumdan əvvəl anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördüklərini deyən S.Mehdiyeva qeyd edib ki, o, bundan imtina edib: "Ananın özünün də boyu uca, çəkisi çoxdur. Buna baxmayaraq, doğuşdan əvvəlki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən yox, tamamilə təbii şəkildə belə çoxdur".
  *** 09:15 Bakıda Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib. Manset.az xəbər verir ki, bu barədə xəstəxananın mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, yanvarın 10-da saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib. “Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iriçəkili uşaq hesab olunur. Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub. Hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır. Körpənin vəziyyəti orta-ağır, ananın vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib.

Bakıda

Chosen
1386
14
manset.az

10Sources