EN

ABŞ-da məktəb direktoru uşaqlara oyuncaq tapança ilə hədə-qorxu gəldiyinə görə işini itirib

ABŞ-da

ABŞ-da şagirdlərə oyuncaq tapança ilə hədə-qorxu gələn məktəb direktoruna məhkəmə prosesi açılacaq. Bu barədə Law&Crime portalı məlumat yayıb.Kentukki ştatında ibtidai məktəbin keçmiş direktoru Duan Rayt, iki şagirdi hədələməkdə ittiham olunur. Valideynlərdən birinin məhkəməyə təqdim etdiyi iddiaya əsasən, 2019-cu ilin sentyabrında Rayt öz kabinetində masanın üzərinə tapançaya bənzər bir əşya qoyaraq, pis davranışlarına görə sinifdən çıxarılan iki ikinci sinif şagirdinə “özlərini yaxşı aparmazlarsa, onları canavarlara yedirdəcəyini” deyib.Daha sonra direktor sübut edib ki, tapança oyuncaq olub və o, həmin oyuncağı başqa bir şagirddən götürüb. Lakin məktəbin qaydalarına görə, hətta "oyuncaq kimi görünən" bir silah təhdid, qorxu və ya təqib üçün istifadə edilərsə, həqiqi silah kimi qəbul edilə bilər. Bundan əlavə, məlum olub ki, Rayt həmin şagirdləri cəzalandırmaq məqsədilə bir gün ərzində kabinetindən çıxmağa icazə verməyib.İddiada qeyd olunur ki, şagirdlər silahın real olduğuna inanıb qorxublar və ağlayıblar. Uşaqlardan birinin anası bildirib ki, hadisədən sonra onun oğlunun davranışı dəyişib və o, "tez-tez enurez, qarın və baş ağrıları" ilə üzləşib. Uşaq həmçinin iddia edib ki, direktor onu başqa bir səhv hərəkətinə görə "şapalaqlayıb". Lakin şagirdlərin bu iddiaları "əsassız" və "inandırıcı deyil" kimi qiymətləndirilib və Rayta qarşı heç bir intizam tədbiri görülməyib.Duan Rayta qarşı iddia qaldırıldıqdan sonra o, iki aylıq vəzifəsindən uzaqlaşdırılıb. 2024-cü ilin martında isə yerli məktəbdəki direktor vəzifəsindən istefa vermək məcburiyyətində qalıb. Şagirdlərin valideynləri Raytın uşaqlarla işləməsinə qadağa qoyulmasını və mənəvi ziyanın ödənilməsini tələb edirlər. İş üzrə məhkəmə araşdırmaları davam edir.Səidə Mustafa

Diqqət Çəkənlər

Donald Trampın inauqurasiya mərasiminə qatılacaq məşhurların siyahısı tərtib edilib

Ronaldo, "Əl-Nəsr" klubunun ortaq sahiblərindən biri olmağa qərar verib

Spiker Сonson: Bayden ən pis miqrasiya böhranı və oğlunun əfv edilməsi ilə yadda qalacaq

Chosen
3
ulusum.az

1Sources