Xəbər verdiyimiz kimi, ABŞ-ın Los-Anceles şəhərində 9 gündür davam edən yanğınlar nəticəsində ölənlərin sayı 25-ə çatıb. Yanğınsöndürənlər həftə sonu Palisades və Eaton bölgələrindəki yanğınları qismən məhdudlaşdırıblar. Lakin bu həftə küləklərin güclənməsi ilə yanğınların təsiri artıb.Meteoroloqlar, həmçinin, bölgədəki hava şəraitinin yanğın tornadolarına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Milli.Az xəbər verir ki, digər yandan qlobal iqlim dəyişikliyi səbəbindən orta temperatur yüksəldikcə, göbələklər daha isti iqlimlərə uyğunlaşır və bu onların qanımızda, ağciyərlərimizdə və beynimizdə yaşaya bilmələrinə səbəb ola bilər.
Kaliforniyada olduğu kimi, ekstremal hava hadisələri meşə yanğınlarının tezliyini artırır və bu da yanğın tüstüsündə olan ölümcül göbələk sporlarının uzaqlara yayılma riskini artırır.
Avstriyanın Qraz Tibb Universitetində göbələk patogenləri üzərində tədqiqat aparan alimlər meşə yanğınları və təbii fəlakətlərin göbələk infeksiyalarının yayılmasını sürətləndirə biləcəyini vurğulayıblar. Belə fəlakətlər külək və yanğın tüstüsü ilə göbələk patogenlərinin uzaq ərazilərə yayılmasına səbəb ola bilər.
Son illərdə göbələk infeksiyalarının yayıldığı barədə xəbərdarlıqlar artıb, lakin Los-Ancelesdəki yanğınlar kimi təbii fəlakətlər bunun sürətini daha da artırmağa səbəb ola bilər. 2014-2018-ci illərdə Kaliforniya xəstəxanalarında tüstüdən yayılan göbələk sporları ilə əlaqəli xəstəliklərin müalicəsinə 20% artım müşahidə edilib.
Meşə yanğınlarının tüstü buludları göbələk sporlarını uzaqlara daşıyaraq, bədənin ağciyərlərinə daxil olub infeksiyalara səbəb ola bilər. Bu sporlar müxtəlif bölgələrə yayılaraq, gözlənilmədən epidemiya yarada bilər. Məsələn, keçən il Kanadadakı meşə yanğınlarının tüstü buludları ABŞ-ın Nyu-York şəhərinə qədər çatmışdı. Bu halda, tüstü buludları göbələk xəstəliyini daşıyarsa, şəhərdə epidemiya baş verə bilər.
Fidan
Milli.Az