EN

Melaniya Tramp Mişel Obamanı tənqid edib

ABŞ-ın keçmiş və gələcək birinci xanımı Melaniya Tramp Donald Trampın andiçmə mərasiminə görə Mişel Obamanı sərt tənqid edib...

Poliqon xəbər verir ki, bu barədə Melaniyaya yaxın mənbələrə istinadən mk.ru nəşri məlumat yayıb.

ABŞ-ın 44-cü prezidentinin həyat yoldaşı mərasimdə iştirakdan imtina edib.

Donald Trampın həyat yoldaşı xatırladıb ki, Ağ Evə ilk gediş Obamaların Tramplara bəzi "məlumatları" verməməsi səbəbindən böyük çətinliklərlə müşayiət olunub. Melaniya Trampla Mişel Obama arasındakı münaqişənin mənbəyi də bu vəziyyətdir.

"Bu dəfə hər şeyim var. Bu dəfə çox fərqli bir keçid olacaq", deyə Melania Trump bildirib.

O əlavə edib ki, Amerika prezidentlərinin rəsmi iqamətgahında mebellərin yenidən təşkili və dəyişdirilməsi planını artıq tam hazırlayıb.

ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

Poliqon.info

Chosen
2
poliqon.info

1Sources