EN

Macarıstanda tibb təhsili alan azərbaycanlı tələbələrin sayı arta bilər (FOTO)

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəkifövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşkeçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayansəhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibbelmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeydedib.

Nazirin sözlərinə görə, Azərbaycan və Macarıstan arasındasəhiyyə sahəsində əməkdaşlıq beynəlxalq təşkilatlar, ilk növbədəÜmumdünya Səhiyyə Təşkilatı və Türk Dövlətləri Təşkilatıçərçivəsində həyata keçirilir:

“Təhsil sahəsində də ikitərəfli əlaqələr dinamik inkişaf edir.Eyni zamanda, Azərbaycan Tibb Universitetinin Macarıstanın“Semmelweis” və “Pecs” universitetləri arasında fəal əməkdaşlıqmövcuddur”.

Əczaçılıq sənayesinin dövrümüzün ən mühüm istiqamətləsindən biriolduğunu vurğulayan Teymur Musayev bu sahədə də əlaqələrimizindinamik inkişaf etdiyini diqqətə çatdırıb: “Tarixən Macarıstanəczaçılıq məhsulları keyfiyyətinə görə seçilib. Eyni zamanda,Azərbaycanda səhiyyə müəssisələrinin bir qismi Macarıstan istehsalıolan tibbi cihazlarla da təchiz olunub”.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdəəməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadəedib.

Macarıstan səfiri ilk öncə Bakı-Qroznı reysini həyata keçirəntəyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı iləəlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Dövlətlərarası əlaqələrin bütün sahələrdə, həmçinin səhiyyədə dəyüksək səviyyədə olduğunu vurğulayan Tamaş Yojef Torma 2020-ci ildəAzərbaycan Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan ResurslarıNazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıqhaqqında Anlaşma Memorandumun imzalandığını qeyd edib.

Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurluəməkdaşlığın həyata keçirildiyini vurğulayan səfir tibb təhsilisahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanlarınyaradılmasını bildirib: “Gələcəkdə Macarıstanda tibb təhsili alanazərbaycanlı tələbələrin sayının artması üçün real imkanlarvar”.

Görüş zamanı səhiyyə və tibb elmi sahəsindəAzərbaycan-Macarıstan əməkdaşlığının mövcud vəziyyəti və potensialinkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsullarısahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirəolunub.

Macarıstanda
Chosen
10
2
az.trend.az

4Sources