EN

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 faizə yaxın azalıb

Bakı. Trend:

Ötən il Azərbaycanda əsas kapitala 21435,1 milyon manatməbləğində, yaxud 2023-cü illə müqayisədə 0,7 faiz az investisiyayönəldilib.

Bu barədə TrendDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyalarınhəcmi 10,2 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmişinvestisiyaların həcmi isə 3,3 faiz artıb.

Bildirilib ki, istifadə olunmuş investisiyanın 10641,3 milyonmanatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 8221,1 milyonmanatı (38,4 faizi) xidmət sahələrinə, 2572,7 milyon manatı (12,0faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Qeyd olunub ki, əsas kapitala yönəldilmiş investisiyaların18145,7 milyon manatını və ya 84,7 faizini daxili investisiyalartəşkil edib. Məlumata görə, əsas kapitala yönəldilmişinvestisiyaların 15524,9 milyon manatı və ya 72,4 faizi bilavasitətikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Chosen
8
6
az.trend.az

10Sources