EN

Tramp “Dərin dövlət”I təmizləməyə başlayır – 50 min məmur istefaya göndərilə bilər

Donald Trampın komandası ABŞ Dövlət Departamentində kadr dəyişikliklərinə başlayıb.

“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbələrinə istinadla belə bir məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, artıq ABŞ Dövlət Departamentində üç yüksək rütbəli diplomata istefaya getmələri təklif olunub: Derek Hoqan, Marsi Bernikatt və Alain Teplitz.

Əvvəllər həm demokrat, həm də respublikaçı administrasiyalarda çalışmış bu diplomatlar Trampın vəd etdiyi “Dərin dövlətin təmizləməsi” layihəsinin ilk hədəfi olublar. Tramp komandasının fikrincə, onlar məhz “Dərin dövləti” təmsil edirlər.

Prezident və komandası etibar etmədikləri əsas məmurları administrasiyanın yeni prioritetlərinə uyğun şəkildə əvəz etməyi hədəfləyir. Bildirilir ki, hökumət aparatındakı dəyişikliklər 50 minə qədər məmuru əhatə edə bilər ki, bu da ABŞ tarixində ən böyük təmizləmələrdən biri olacaq. 

“AzPolitika.info”

1Sources