EN

"Mançester Siti" Holanı tarixin ən bahalı futbolçusuna çevirdi - Rəsmi

İngiltərənin “Mançester Siti” klubu Norveç millisinin futbolçusu futbolçusu Erlinq Holanla müqavilə müddətini uzadıb.

Teleqraf.com klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu 2034-cü ilədək nəzərdə tutulan yeni sözləşməyə imza atıb. Rəhbərlik onun müqaviləsindən başqa kluba keçid qarşılığında nəzərdə tutulan bütün ödənişləri çıxarıb.

Futbolçuya "Mançester Siti" ən yüksək məbləğdə əmək haqqı ödəyəcək. Bunu idman tarixinin ən bahalı sözləşməsi hesab etmək olar.

Qeyd edək ki, Erlinq Holan cari mövsüm Premyer Liqada 28 oyun keçirib, 21 qol vurub və 1 məhsuldar ötürmə edib. Son vaxtlar onun “Real Madrid”ə keçəcəyi barədə xəbərlər yayılmışdı.


Müəllif: Teleqraf.com
Chosen
4
teleqraf.com

1Sources