EN

Alimin 1925-ci ildəki “dəhşətli” proqnozları reallaşdı- Bir istisna var

Təxminən bir əsr əvvəl “Gələcək insanın həyatında bir gün” mövzusunda irəli sürdüyü proqnozlar dövrün insanları tərəfindən “həddindən artıq fantastik” hesab edilən professor və ixtiraçı Arçibald Montqomeri Lounun bir çox fikri bu gün həyata keçib. 1925-ci ildə “London Daily News” qəzetində yayımlanan məqaləyə görə, onun proqnozları arasında radio saatlarla oyanmaq, şəxsi radio cihazları vasitəsilə ünsiyyət qurmaq, səsgücləndiricilərdən xəbərlər dinləyərək və televizordan görüntülər izləyərək səhər yeməyi yemək, eskalatorlarla və hərəkət edən səkilərlə alış-veriş etmək kimi dövrün insanlarını heyrətə salan fikirlər yer alıb.
Chosen
4
1
azpost.info

2Sources