EN

Kremldən Yüzillik sazişə reaksiya: Narahatedicidir!

Rusiya London və Kiyev arasında 100 illik tərəfdaşlıq sazişi çərçivəsində Britaniyanın hərbi infrastrukturunun öz sərhədlərinə doğru irəliləməsindən narahatdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, Ukraynanın alyansa üzvlüyünə zəmanət verən müddəa deyil, baxmayaraq ki, Britaniyanın NATO ölkəsi olduğunu nəzərə alsaq, onun hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsi, şübhəsiz ki, kifayət qədər narahatedici elementdir”, - o bildirib.

Peskov qeyd edib ki, Qara dəniz - Rusiyanın daxili dənizidir və orada Ukrayna ilə Böyük Britaniya arasında qarşılıqlı əlaqədən söhbət gedə bilməz.

Chosen
4
1
axar.az

2Sources