EN

Şuşa sakini "Əsrin məhkəməsi"ndən danışır - "Nələr çəkmişəm..."

"Mən sağlamlığımı itirmişəm, gəncliyimi itirimişəm. Evimdən-eşiyimdən olmuşam"

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu söəzləri Bakı Məhkəmə Kompleksində Harutyunyan Arayik Vladimirin cinayət işində zərər çəkmiş qismində tanınan Şuşa sakini Kərim Hüseynov bildirib.

O bildirib ki, həm maddi, həm də mənəvi zərərçəkib: "31 yaşında mən Şuşadan çıxmış adamam. 30 il ərzində mən nələr çəkmişəm. Mən Azərbaycan Respublikasının məhkəmələrinin ədalətinə inanıram. Yəqin ki, bunlar haqqında ciddi tədbir görüləcək. Biz sağlamlığımızı itirimişik, gəncliyimizi itirmişik. İndi 65 yaşım var. Özüm də Qarabağ müharibəsinin iştiurakçısıyam".

Chosen
10
1
publika.az

2Sources