Yunanıstan sərhədi yaxınlığındakı Kuşadası körfəzində qeyri-qanuni mühacirləri daşıyan qayıq batmaq təhlükəsi ilə üzləşib.
Publika.az xəbər verir ki, qayıqdan düşən 3 miqrant həyatını itirib, 30 nəfər isə xilas edilib.
Qeyd edək ki, hadisə yerinə Türkiyənin Sahil Təhlükəsizlik qrupları cəlb edilib.
Xəsarət alan miqrantlar xəstəxanaya köçürülüb.