EN

Qəzzada daha 101 nəfər həlak olub - Atəşkəs elanından sonra

"Atəşkəs elan edildikdən sonra İsrail hücumnu intensivləşdirdi. Nəticədə iki gün ərzində yüzdən artıq mülki şəxs həyatı ilə vidalaşdı, xeyli tiklilər viran qaldı".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal deyib.

Xatırladaq ki, İsraillə HƏMAS arasındakı atəşkəs və əsir anlaşması yanvarın 19-da qüvvəyə minəcək.
 
Tahir Şəlvəli
MİA.AZ

Chosen
7
mia.az

1Sources