Almaniyanın Bavariya vilayətindəki neft emalı zavodunda (NEZ) yanğın baş verib.
Musavat.com bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumatdda bildirilir ki, "Bayernoil" müəssisəsində baş verən yanğın nəticəsində 4 nəfər xəsarət alıb.
"Bütün zəruri tədbirləri görür və vəziyyət nəzarət altındadır", - şirkətdən bildirilir.
Yerli sakinlərə evlərində qalmaq və ventilyasiya, həmçinin kondisioner sistemlərini söndürmək tövsiyə olunub.
Musavat.com