EN

Yuxuda qan görmək nə deməkdir?

Yuxuda qan görmək nə deməkdir?

Yuxu görmək, insanın şüuraltı dünyasına açılan maraqlı və sirli bir pəncərədir. Tarix boyu yuxular fərqli mədəniyyətlərdə mistik məna daşıyıb, gələcəyi xəbər vermə vasitəsi və ya psixoloji vəziyyətin göstəricisi kimi qəbul edilib. Müasir elmi yanaşmalar isə yuxuları beynin fəaliyyətini anlamaq üçün açar hesab edir. Bu məqalədə yuxu fenomeninin mənaları, təsirləri və insan həyatındakı rolu araşdırılacaq.

Bəs yuxuda qan görməyin mənası nədir?


QAN-Bədəninizdə yara olmadığı halda, qan axdığını görmək-böyük bir zərərə uğrayacaqsınız.
Bir yaradan çoxlu qan axdığını görmək-mənəvi və maddi baxımdan böyük irəliləyişiniz olacaq, yüksələcəksiniz.
Qan içmək-haram mal əldə edəcək, lakin xeyrini görməyəcəksiniz.
Bədəninizin bir yerindən qan axdığını və üst-başınızın bulandığını görmək-qeyri-məqbul yollarla pul və mal qazanmağa yozulur. Axan qan paltarınıza bulaşmasa-günahlarınızdan təmizlənəcəksiniz.
Güllə, bıçaq və s. silahlarla alınan yaradan qan axması-malınız-varınız artacaq, miras yoluyla əlinizə pul gələcək, yaxud xeyirli bir səyahətə çıxacaqsınız.
damarlarınızdan qan axması-varlı üçün kasıblığa, kasıb üçün var-dövlətə işarədir.
Dişlərinizdən qan gəlməsi-qohumunuzdan zərər görəcəksiniz.
Bir yerdə qan görüb içinə düşmək-iftira və dedi-qodudur.
Bir irmağı, çayı qanlı axan görmək-müharibəyə işarədir.
Gözdən qan axdığını müşahidə etmək-sevdiyiniz bir kimsədən əbədi olaraq ayrılığa yozulur.
Qan aldırmaq-davamlı səhhətə və afiyətə işarə sayılır.

Fatimə
Qlobal.net
Chosen
6
qlobal.net

1Sources