Ukrayna hərbçiləri Rusiyanın Belqorod vilayətində Rusiya hərbi obyektlərinə dəqiq zərbələr endirib. Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Ukrayna qoşunları Rusiyanın 568-ci zenit-raket alayının zenit-raket diviziyasının mövqelərinə hücum etməyə nail olub. Ukrayna qüvvələrinin endirdiyi zərbədən sonra S-400 zenit-raket kompleksinin 92N6 radar stansiyası fəaliyyətini dayandırıb. Həmçinin Rusiyanın 336-cı radiotexniki alayının radiotexniki batalyonunun radar bölüyünün avadanlıq və mexanizmlərinin zədələnməsi də təsdiqlənib.
NATO Müttəfiq Hava Komandanlığı (AIRCOM) çoxlu sayda Rusiya döyüş təyyarəsinin Polşa hava məkanına daxil olduğunu bəyan edib. Məlumat NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) sosial media hesabında paylaşılıb. “Çoxlu sayda Rusiya təyyarəsi Polşa hava məkanına daxil olub”, - məlumatda deyilir. Məlumatda eyni zamanda qeyd olunur ki, buna cavab olaraq 2 Norveç F-35 təyyarəsi havaya qalxıb. "Norveç təyyarələri ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxıb, müttəfiqlərin NATO-nun şərq cinahına sadiqliyini nümayiş etdirib", - məlumatda qeyd olunur.
Bu arada, Rusiya qoşunları Kursk vilayətində bütün istiqamətlərdə irəliləyir, Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazinin 63,2 faizi artıq azad edilib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qurum Ukrayna qüvvələrinin ciddi itkilərlə geri çəkildiklərini bildirib. “Rus qoşunları bütün istiqamətlərdə irəliləyir. Düşmən xeyli itki verir və işğal etdiyi ərazilərə əlavə ehtiyatların göndərilməsinə baxmayaraq, geri çəkilir. İlkin olaraq düşmən tərəfindən Kursk vilayətinin işğal edilmiş ərazisinin 63,2 faizi (1268 kvadrat kilometrdən 801-i) azad edilib”, - açıqlamada deyilir.
Son vaxtlar isə Rusiyadan Azərbaycana qarşı yönələn təhqir və həqarətlərin artdığı göz qabağındadır. Xüsusilə, Rusiyanın hakim dairələri üçün öz maraqlarına zidd fikir söyləyənlərə qarşı qəti addımlar atıldığı bir vaxtda, Azərbaycan xalqına edilən bu hücumların iqtidarın rəyi olmadan baş verdiyini söyləmək çətin görünür. Əks halda, bu səslər də susdurular, eynilə digər şəxslərə qarşı atılan addımlar kimi tədbir görülərdi. Rusiyadan Azərbaycana qarşı edilən təhqirlərin arxasında Federal Təhlükəsizlik Xidmətinin durduğu istisna edilmir. Azərbaycanı gah neonasist dilli şəxslərin vasitəsilə hədələyir, gah da "Komsomolskaya Pravda" kimi nəşrlər vasitəsilə saxta xəbərlər yayaraq daha da çətin duruma düşürürlər.
Halbuki Azərbaycan hər zaman dostluq, qonşuluq prinsiplərinə sadiq qalıb. Heç zaman heç bir qonşusuna qarşı təhqiramiz ifadələr işlətməyib, beynəlxalq hüquqa uyğun davranıb. Təyyarəmiz Rusiya səmasında vuruldu və onlarla insan həlak oldu. Bu, böyük faciə idi. Prezident İlham Əliyev məsuliyyətli bir şəkildə çıxış edərək obyektiv istintaq, cinayətkarların cəzalandırılması və kompensasiyaların ödənməsinin vacibliyini vurğuladı.
Azərbaycan cəmiyyəti bu hadisəni dərin kədərlə qarşıladı və bu faciənin arxasında dayanan səbəbləri öyrənmək üçün obyektiv araşdırmanın aparılmasını tələb etdi. İndi də Azərbaycan ictimaiyyəti, hadisənin nəinki hüquqi, həm də etik baxımdan düzgün qiymətləndirilməsini gözləyir. Rusiyanın pilot danışıqlarını yayaraq, hadisənin əsas mətləbindən uzaqlaşma cəhdləri də diqqətdən qaçmır. Halbuki, bu hadisənin əsasında təyyarənin vurulması və sərnişinlərin ölümü dayanır.
Təyyarənin füzelyajından çıxan qəlpələr və "Pantsir" havadan müdafiə sisteminin izləri, məsələnin mahiyyətini daha da aydınlaşdırır. Rusiya bu detalların üzərinə getmək əvəzinə, məsələni başqa yönə çəkməyə çalışır.
Azərbaycan cəmiyyəti Rusiya hakim dairələrinin məsuliyyətli davranış sərgiləməsini, obyektiv istintaq aparılmasını, cinayətkarların cəzalandırılmasını və zərərçəkənlərə kompensasiyanın ödənməsini gözləyir. Bu tələblər, beynəlxalq etik normalara və qonşuluq münasibətlərinə uyğun şəkildə irəli sürülüb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə separatçıların mühakiməsi, AZAL təyyarəsi və regional məsələləri müzakirə edir.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat