EN

46 min 146 nikah və 19 min 597 boşanma halları qeydə alınıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin sayı 41 min 232 nəfər və ya 0,4 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il dekabr ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 10 milyon 222 min 2 nəfər təşkil edib.

"Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 41 min 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatmışdır. Əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir",- məlumatda deyilir.

2024-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94 min 246 doğulan körpə qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşmüşdür. Doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olmuşdur. Körpələrdən 3090-ı əkiz, 117-si üçəm və 4-ü isə dördəm doğulmuşdur. Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə 53 min 645 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,7-yə düşmüşdür.

Ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 min 146 nikah və 19 min 597 boşanma halları qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır.

Chosen
22
50
marja.az

10Sources