EN

Köməkçisini döydü, həbs edildi

Məşhur amerikalı reper Busta Rhymes (əsl adı Trevor Corc Smit Jr.) köməkçisinə hücum etmək ittihamı ilə həbs edilib. 

HİT.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. 

Reper hazırda üç müxtəlif ittihamla üzləşib. Polisin məlumatına görə, 51 yaşlı Busta Rhymes köməkçisi Daşiell Qablesə iş zamanı telefonla danışdığı üçün hücum edib. Reperin köməkçisinin üzünə dəfələrlə zərbə endirdiyi və bu səbəbdən onun sol gözündə şişlik yarandığı bildirilib. Hadisə Bruklinin dəbdəbəli J Condominium adlı yaşayış binasında baş verib.

Məlumata görə, Qables hadisə ilə bağlı vəkilindən gələn qadağaya əsasən mətbuata açıqlama verməkdən imtina edib. O, yalnız qısa olaraq deyib:

"Bəlkə sonra, bəlkə gələcəkdə. Amma indi bu riski ala bilmərəm. Bu, sadəcə qəzet məqaləsidir, milyonlarla dollarlıq sövdələşmə deyil".

Reperin iştirakı ilə keçiriləcək məhkəmə iclası 2025-ci il fevralın 2-də baş tutacaq. Hücumla bağlı irəli sürülən ittihamların təfərrüatları məhkəmə zamanı bəlli olacaq.

Busta Rhymes əvvəllər də müxtəlif hüquqi problemlərlə gündəmə gəlib. 2007-ci ildə o, sərxoş halda avtomobil idarə etməkdə ittiham olunmuş, 2010-cu ildə isə idman zalında bir işçiyə içki atdığı üçün həbs edilmişdi. Keçən il də bir pərəstişkarına içki atmaqla əlaqədar insident baş vermişdi. Bundan əlavə, reper silah saxlama və yol hərəkəti qaydalarını pozmaq ittihamları ilə də üzləşmişdi.

Busta Rhymes bu son hadisə ilə yenidən hüquqi problemlərin mərkəzinə düşüb və ictimaiyyətin diqqətini çəkib. Məhkəmənin gedişi ilə bağlı daha çox məlumatın yaxın günlərdə ortaya çıxacağı gözlənilir.

Samir
 

Chosen
9
hit.az

1Sources