EN

Böyük Britaniya Ukraynada hərbi bazaların yerləşdirilməsi imkanlarını araşdıracaq

Böyük Britaniya Ukraynada hərbi bazaların və müdafiə infrastrukturunun yerləşdirilməsi imkanlarını nəzərdən keçirəcək. Bu barədə Baş nazir Key Starmerin Kiyevə səfərinin yekunları üzrə Hökumət Aparatı tərəfindən dərc edilmiş Böyük Britaniya və Ukrayna arasında yüzillik tərəfdaşlığa dair bəyannamədə deyilir.

"Böyük Britaniya ümumi müdafiə tələblərini müəyyən etmək, birlikdə istehsal edə biləcəyimiz texnologiyaların çeşidini genişləndirmək üçün Ukrayna ilə işləyəcək. İştirakçılar bəyannamədə Ukraynada müdafiə infrastrukturunun, o cümlədən hərbi bazaların, logistikanın yerləşdirilməsi və saxlanması variantlarını araşdıracaqlar ”,-deyə bəyannamədə vurğulanıb.

Starmer həmçinin qeyd edir ki, tərəflər “müdafiə və təhlükəsizlik sahəsində geniş spektrli qarşılıqlı xidmətlərin təmin edilməsi üçün hərbi birləşmələrin və digər ixtisaslaşdırılmış strukturların yaradılması, saxlanılması və birgə istifadəsi daxil olmaqla çevik reaksiya mexanizmlərinin yaradılması üzrə əməkdaşlıq etmək niyyətindədirlər."

Əziz Mustafa, Oxuməni.az

Chosen
3
oxumeni.az

1Sources