EN

Nazir vətəndaş qəbulu keçirdi - Fotolar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bugün Xızı şəhərində, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Xızı və Siyəzən rayonları sakinlərinin qəbulunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Əvvəlcə, nazir K.Heydərov Ümummilli Lideri Heydər Əliyevin Xızı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Xızı və Siyəzən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.




Chosen
4
2
qafqazinfo.az

3Sources