EN

Ötən il dövlət büdcəsinin xərcləri proqnozdan 2 mlrd. manat az icra edilib

2024-cü ildə dövlət büdcəsinə 37 milyard 164,2 milyon manat vəsait daxil olub, büdcədən 37 milyard 719,7 milyon manat vəsait xərclənib, büdcənin icrasında 555,5 milyon manatlıq kəsir yaranıb.

APA-Economics” xəbər verir ki, 2024-cü ilin büdcə proqnozunda gəlirlər 36 milyard 388 milyon manat, xərcləri 39 milyard 742,3 milyon manat idi. Beləliklə ötən il büdcə gəlirləri proqnozdan 776.2 milyon manat çox, büdcə xərcləri isə 2 milyard 22.6 milyon manat az icra edilib.

Xatırladaq ki, 2024-cü ildə büdcə gəlirlərinin 15 milyard 808 milyon manatı (proqnozdan 538 milyon manat) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə, 6 milyard 648.7 milyon manatı (proqnozdan 248.7 milyon manat çox) Dövlət Gömrük Komitəsi xətti ilə daxil olub.

Chosen
2
1
apa.az

2Sources