EN

Genlər peşə seçiminə təsir edirmi?

J.J. Peters Tibb Mərkəzinin və digər qurumların alimləri insanın genetikasının peşə seçimi ilə necə əlaqəli ola biləcəyini kəşf ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatın nəticələri Nature Human Behavior (NHB) jurnalında dərc olunub.

Məlumata görə, genlərin karyera yollarına təsiri mövcuddur, lakin bu, son dərəcə əhəmiyyətsizdir. 

Belə ki, tədqiqatda istifadə edilən poligen ballar insanın psixi xüsusiyyətlərə, məsələn, artan aktivlik, depressiya və ya yaradıcı düşüncəyə nə dərəcədə genetik meylli olduğunu ölçür.

Alimlər ABŞ və Böyük Britaniyada iki böyük biobankda toplanmış 420 mindən çox insanın məlumatlarını öyrəniblər.

Tədqiqatın nəticələri göstərib ki, müəyyən bir genetik meyl həqiqətən də peşə seçimi ilə bağlı ola bilər, lakin bu əlaqə son dərəcə zəifdir. Məsələn, autizm spektri pozğunluğuna genetik meyli aşağı olan insanlar daha çox incəsənət və ya riyaziyyatla əlaqəli karyeraları seçirlər. 

Qeyd olunub ki, peşə seçimində Yaş, cins, təhsil və sosial şərait daha mühüm rol oynayır. 

Müəlliflər vurğulayıblar ki, onların işi insanın genlərinə əsaslanaraq onun taleyini proqnozlaşdırmaq məqsədi daşımır. Genetika yalnız ümumi tendensiyaları aşkar edə bilər, lakin fərdin yolu tərbiyə, təhsilə çıxış və şəxsi üstünlüklər kimi bir çox digər amillərdən asılıdır.

Gələcəkdə alimlər psixi pozğunluqların müalicəsi və psixi sağlamlığı dəstəkləmək üçün yeni yanaşmalar hazırlamaq üçün genetikanın idrakımıza, duyğularımıza və sağlamlığımıza necə təsir etdiyini öyrənməyi planlaşdırırlar.

Mina Mikayılova

Chosen
22
bakivaxti.az

1Sources