EN

Bakıda hər kəsin marağına səbəb olan körpənin VİDEOSU YAYILDI

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 6 kiloqram çəkidə körpə dünyaya gəlib.

Gundem.az "Report"a istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva körpənin sabah evə buraxılacağını bildirib. 

Onun sözlərinə görə, hazırda körpənin vəziyyəti normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir:

"Bu, ananın 3-cü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi 4 kq 600 qramlıq körpəsi də təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib".

Doğumdan əvvəl anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördüklərini deyən S.Mehdiyeva qeyd edib ki, o, bundan imtina edib:

"Ananın özünün də boyu uca, çəkisi çoxdur. Buna baxmayaraq, doğuşdan əvvəlki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən yox, tamamilə təbii şəkildə belə çoxdur. Körpə sabah evə buraxılacaq".

Milli.Az

 

Chosen
3
14
gundem.az

10Sources