EN

Hər ay 3 manat tutulacaq - XƏBƏRDARLIQ

Hər ay 3 manat tutulacaq - XƏBƏRDARLIQ

"Kapitalbank" 17 fevraldan etibarən SMS bildirişləri üçün xidmət haqqını artırır.

Qlobal.net xəbər verir ki, bu barədə bank müştərilərinə bildiriş göndərib.

Qeyd edilib ki, 17 fevraldan etibarən SMS-bildirişlər üzrə aylıq xidmət haqqı hər kart üçün 3 manat olacaq.

Xatırladaq ki, SMS-bildiriş xidmətini isə istənilən vaxt tətbiqdə deaktiv etmək mümkündür. Bu zamana qədər sözügedən xidmət haqqı 2 manat təşkil edirdi. (ajans.az)

Chosen
14
8
qlobal.net

10Sources