ABŞ Prezidenti Co Bayden 2019-cu ildə Suriya ilə bağlı verdiyi sərəncamı yeniləyərək, Türkiyənin Suriyadakı əməliyyatları ilə bağlı olan istinadları və ittihamları mətndən tamamilə çıxarıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, "Sülh çeşməsi" əməliyyatı zamanı ABŞ, Türkiyəyə qarşı tətbiq etdiyi avtomatik sanksiyaları ləğv edib, bunun yerinə ümumi sanksiyalar genişləndirilib. Türkiyənin Suriyadakı əməliyyatlarının sülh və sabitliyi pozduğu, mülki əhalini təhlükə altına aldığı və İŞİD-ə qarşı mübarizəyə zərbə vurduğuna dair ittihamlar da çıxarılıb.
Yeni sərəncamda, digər ölkələrə tətbiq olunan sanksiyalar da genişləndirilərək, Rusiya və Çin qarşısında yeni tədbirlər həyata keçirilib. ABŞ, həmçinin Sudan hökumətinin Suveren Şuranın sədri Əbdülfəttah əl-Burhanı müharibədəki rolu ilə əlaqədar olaraq sanksiya siyahısına salıb, lakin Sudan hökuməti bu qərarı rədd edib.
Fidan
Milli.Az