EN

İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb

Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev və digər əməkdaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkillər məhkəməyə bir neçə vəsatət təqdim ediblər.

Bu səbəbdən ötən prosesdə məhkəmə istintaqı bitsə də, istintaq yenilənib, vəsatətlərə baxıldıqdan sonra yenidən bitməsi ilə bağlı qərar qəbul edilib.

Prosesdə məlum olub ki, təqsirləndirilən Ağabəy Ağayev mənimsənilmiş 940 min manat vəsaitdən 530 min manatını ödəyib. Müttəhim tərəf bildirib ki, Ağabəy Ağayevin özünün və yaxınlarının əmlaklarına həbs qoyulduğu üçün həmin əmlakları satıb dəymiş ziyanı ödəyə bilmir.

Tərəflər çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses fevralın 3-də keçiriləcək.

Qeyd edək ki, onlar 1 milyon 830 min manatlıq mənimsəmədə ittiham olunurlar.

Chosen
2
5
aznews.az

6Sources