Qalmaqallı prodüser Ayşe Barımla bağlı daha bir iddia yyaılıb.
OLAY yazır ki, bu dəfə məsələdə pop ulduz Edisin adı hallanır. Belə ki, Amerikada yaşayan aktrisa və prodüser Candee Perçem Edisə çəkdikləri film üçün mübahisə etdiklərini deyib.
O bildirib ki, baş rolunda Edislə özünün yer aldığı layihədə Qonca Vuslateri, Hande Ataizi kimi simalarda çəkilib.
Çətinliklərlə başa gələn filmin yayımını istəmədiyini deyib. Bundan sonra A. Barım Candeeyə zəng edir və Edisin filmdə özünü bəyənmədiyini, Türkiyədə yayımlansa, bitəcəyini düşündüyünü və 100 min dollar qarşılığında ekran işini almaq istədiyini deyib. Candee isə bu layihənin 1 milyon dollara başa gəldiyini söyləyib.
Edisdən iddialara cavab gecikməyib. O bildirib ki, əsl adı Candeğer olan aktrisanın dedikləri tamamilə yalandır.
Pop ulduzun sözlərinə görə, Ayşe heç vaxt onunla çalışmayıb, sadəcə dostu olub. Edis deyib ki, başqasının yardımı ilə dinləyicilərinin sevgisini qazanmayıb.
Həmçinin Candeğerin ona “Xərçəng ananın ölüm xəbərini al” mesajı yazdığını iddia edərək onu məhkəməyə verəcəyini deyib.