EN

Türkiyədə 13 yaşlı qız liftdə faciəvi şəkildə öldü

Liftdə qalan iki qızdan birinin ölümünə səbəb olan fövqaladə işçiləri ilə bağlı məhkəmə tərəfindən qərar qəbul olunub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin paytaxtı Ankarada baş verib. 
 
Belə ki, sinif yoldaşının yaşadığı binaya qonaq gedən Beren Su Bolat adlı 13 yaşlı yeniyetmə rəfiqəsi ilə birlikdə 5-6-cı mərtəbələr arasında liftdə ilişib qalıb.
 
Xilasedicilər qızları xilas etməyə çalışarkən, Beren Su liftin şaxtasına düşərək həyatını itirib, rəfiqəsi isə xilas edilib.
 
İstintaq çərçivəsində xilasedicilər Ercan Yıldız, Bayram Babatürk və Buğra Yalabık həbs edilib.
 
Beren Suyun ölümü ilə bağlı ittiham aktı hazırlanıb. Babatürk, Yalabık və Akyıldızın hər birinə 22 il 6 aya qədər həbs cəzası tələbi ilə \"Şüurlu ehtiyatsızlıqdan ölüm və yaralanmaya səbəb olmaq\" maddəsi ilə iddia açılıb.
 
Oksana
 
 

Chosen
5
azxeber.com

1Sources