EN

Hər gün 18 litr qazlı şirə içən amerikalı

ABŞ-də maraqlı və zərərli vərdişləri ilə seçilən gənc gündəm olub. "Daily Mail"in yaydığı məlumata görə, qazlı şirin içkilərə aludə olan Stiv Kinin adlı kişi gündə 18 litr içki qəbul edir, 

"Yuta ştatının sakini Kinin özünün zərərli vərdişi qazlı içki asılılığından danışıb. Kişi etiraf edib ki, hər səhər dörd qutu Dr. Pepper içir. O iddia edib ki, onun bədənin bu qədər kofeinə ehtiyacı var. Amerikalı məşqdən evə qayıdarkən içdiyi “meqa şüşəyə” daha üç litr soda da əlavə edir. Hətta Stiv fitnes məşqi zamanı da şirin su içir",- məqalədə yazılıb.

Bəzi şərhçilər və sosial şəbəkə istifadəçiləri Kinin gündəlik normadan əlavə yüzlərlə əlavə kalori istehlakının onun orqanizmində diabeti inkişaf etdirə biləcəyindən narahatlıqlarını ifadə ediblər. Nəşrə açıqlama verən Təcili Tibbi Yardımda çalışan tibb işçisi bu vərdişin böyrək çatışmazlığına səbəb ola biləcəyini qeyd edib. Diş həkimi isə Stivin diş minasının sıradan çıxdığını iddia edib.

Tural

Chosen
13
news365.az

1Sources