Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Nizami rayonu, Yavər Səfərov küçəsi, ev 72 ünvanında fəaliyyət göstərən fiziki şəxs Orucov Sarvan Kazım oğluna məxsus şirin buğda emalı müəssisəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə yoxlama zamanı bişirmə avadanlığından çıxan buğdaların birbaşa döşəməyə yığıldığı, emal prosesində istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, hazır qidaların daşınması üçün xüsusi nəqliyyat vasitələrinin ayrılmadığı, məhsulların qanunvericiliyə uyğun şəkildə markalanmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, həmçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub.
“Luma” É™mtəə niÅŸanlı ÅŸirin buÄŸda partlağı mÉ™hsulundan nümunÉ™ götürülÉ™rÉ™k laboratoriyaya tÉ™qdim edilib.
Faktla bağlı müvafiq tədbirlər görülüb və məhdudlaşdırıcı qərar qəbul olunub.
Bizim.Media