EN

"Toplum TV" işi üzrə saxlanılan Fərid İsmayılov həbs olunub

"Toplum TV" işi üzrə barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilmiş jurnalist Fərid İsmayılovla bağlı qərar verilib.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Təqdimata Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb.

Məhkəmənin qərarı ilə Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Chosen
2
5
missiya.az

10Sources