EN

Gürcü ekspert: Azərbaycan-Gürcüstan əməkdaşlığı regiona kənar müdaxilə cəhdlərini neytrallaşdırır

Hökumət başçısının və xarici işlər nazirininin ilk səfərinin Azərbaycana olması bir daha ondan xəbər verir ki, Azərbaycan Gürcüstan üçün birinci dərəcəli strateji tərəfdaş və dost ölkədir.

Bunu APA-ya açıqlamasında gürcü siyasi ekspert Davit Çixelidze deyib.

“Gürcüstanın hökumət başçısının və xarici işlər nazirininin ilk səfərinin Azərbaycana olması bir daha ondan xəbər verir ki, Azərbaycan Gürcüstan üçün birinci dərəcəli strateji tərəfdaş və dost ölkədir. Gürcüstan bunu sadəcə sözlə deyil, siyasi addımlarlarda da göstərir. Baş nazir İrakli Kobaxidze əvvəllər də çıxışlarında bu tərəfdaşlığın region üçün əhəmmiyyətini vurğulayıb. Gürcüstan və Azərbaycan regionda mühüm rol oynayan iki güclü faktordur. Bu regionda həyata keçirilən layihələr eyni zamanda Avorpanın rifahına da təsir edir. Azərbaycan üçün Gürcüstan tranzit baxımından əhəmiyyətlidir. Bizim üçün isə Azərbaycan enerji baxımından kritik dərəcədə önəmlidir. Son illərdə Azərbaycanda sürətli iqdisadi inkişaf Gürcüstana da azərbaycanlı iş adamlarının investisiya marağını artırıb. Bu investisiyalar bizim ölkəmizin iqdisadi vəziyyəti, yeni iş yerlərinin açılması və ölkə büdcəsinə əlavə gəlir baxımından önəmli töhfədir".

Ekspert Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının regionda sülhün və sabitliyin qorunması, yeni birgə iqtisadi layihələrin reallaşdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Bu üçtərəfli əməkdaşlıq regionumuzun çəkisini artırır, həmçinin kənar müdaxilələrin neytrallaşdırılmasına xidmət edir. Biz son zamanlar Azərbaycanın daxili məsələlərinə Fransa tərəfindən müdaxilə cəhdlərini gördük. Gürcüstanda da belə cəhdlər edilir və bu hələ də davam edir. Bizim birgə səylərimiz müstəqilliyimizi, suverenliyimizi daha da gücləndirməyə imkan yaradır”, - ekspert deyib.

Chosen
15
50
apa.az

10Sources