“Ayın qolu” layihəsi çərçivəsində ötən il dekabrın ən yaxşı qolunun müəllifi olan "Qarabağ"ın futbolçusu Toral Bayramov mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının XIX turunun “Qarabağ” – “Şamaxı” görüşündən əvvəl baş tutub.
Futbolçuya mükafatı qurumun Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.