EN

Pakistanın keçmiş baş naziri İmran xan 14 il, arvadı isə 7 il həbs cəzasına məhkum edildi

Pakistan məhkəməsi keçmiş baş nazir və Pakistan “Təhrik-e-İnsaf” partiyasının qurucusu İmran Xanı torpaq korrupsiyası işi üzrə 14 il həbs cəzasına məhkum edib.

Hökm keçmiş baş nazirin 2023-cü ilin avqustundan həbsdə olduğu Ravalpindi şəhərindəki qarnizon həbsxanasında korrupsiyaya qarşı mübarizə məhkəməsi tərəfindən çıxarılıb.

Keçmiş baş nazirin həyat yoldaşı Büşra Bibi də 7 il həbs cəzası alıb. O, Adilə həbsxanasında hökm elan edildikdən dərhal sonra həbs edilib. Cütlük 2018-ci ildə “Al-Qadir Trust” xeyriyyə təşkilatını idarə edərkən rüşvət kimi torpaq almaqda və qeyri-qanuni gəlirləri yumaqda təqsirli bilinib. “Reuters” xəbər verir ki, cütlük günahlarını etiraf etməyib.
İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. Onun səlahiyyət müddəti 2022-ci ilin aprelində ona qarşı etimadsızlıq səsverməsinin alınmasından sonra başa çatıb. Sabiq baş nazir 2023-cü ildən Toşaxan dövlət xəzinəsində saxlanılan qiymətli əşyaları satmaqda ittiham olunaraq 14 il həbs cəzası çəkir.

//Samir Qurbanov, Editor.az

Chosen
22
editor.az

1Sources