EN

Alma, armud və heyva ixracı Azərbaycana milyonlarla dollar qazandırdı

2024-cü ildə Azərbaycan 109 min 787,9 ton alma, armud və heyva ixrac edib ki, bu da 2023-cü illə müqayisədə 5,7 % çoxdur.

Publika.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, ötən il bu meyvələrin ixracından 70 milyon 165,8 min ABŞ dolları gəlir əldə olunub ki, bu da əvvəlki ilə nisbətən 5,8 % çoxdur.

"Azərbaycanda intensiv bağların sahəsinin ildən-ilə genişlənməsi xarici bazarlara daha çox çeşiddə kənd təsərrüfatı məhsulları ixrac etməyə imkan verir", - deyə nazirlik bəyan edib.

Chosen
2
5
publika.az

6Sources