EN

Azərbaycanın cari əməliyyatlar hesabının profisiti açıqlandı - “Fitch Ratings"

“Fitch Ratings” Azərbaycanın cari əməliyyatlar hesabı üzrə proqnozunu açıqlayıb.

Valyuta.Az xəbər verir ki, bu barədə agentliyin Azərbaycan üzrə reytinq qiymətləndirməsində bildirilib.

Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanın cari hesab profisiti iki dəfə azalaraq ÜDM-in 6,5 %-nə düşsə də, bu, yenə də “BB” kateqoriyalı ölkələr arasında ən yüksək göstəricidir.

Agentlik qeyd edib ki, neft qiymətlərinin azalmasına baxmayaraq, ölkə 2025-2026-cı illərdə ÜDM-in 6,2 %-i səviyyəsində nisbətən yüksək cari hesab profisitini qoruyacaq. Bu, neft və qaz gəlirlərinin ümumi ixracın 89 %-ni təşkil etməsinə baxmayaraq, valyuta aktivlərinin mülayim səviyyədə yığılmasını dəstəkləyəcək.

“Fitch”in təhlilinə görə, Azərbaycanın konsolidə edilmiş büdcə profisiti 2024-cü ildə əhəmiyyətli dərəcədə azalaraq ÜDM-in 1 %-nə düşəcək (2023-cü ildə bu rəqəm ÜDM-in 7,8 %-i idi). Bu azalma əsasən xərclərin kəskin artması ilə bağlıdır və qismən qeyri-neft gəlirlərinin artması, eləcə də AzərbaycanDövlət Neft Fondunun (ARDNF) aktivlərindən gələn gəlirlər hesabına kompensasiya olunur.

“2025-2026-cı illərdə konsolidə edilmiş büdcə profisitinin sabit qalacağı gözlənilir. Neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, qeyri-neft gəlirlərinin artması, o cümlədən pandemiya dövründə tətbiq edilən vergi güzəştlərinin ləğvi, büdcənin dayanıqlığını təmin edəcək. Qarabağla bağlı xərclərin azalacağı ehtimal olunsa da, sosial ödənişlər və müdafiə xərcləri büdcəyə təzyiqi davam etdirəcək ki, bu da dövlət xərclərinin əhəmiyyətli azalmasına mane olacaq”- “Fitch” əlavə edib.

© APA

Chosen
7
10
valyuta.az

10Sources