EN

“Premiumbank”ın əsas səhmdarı vəfat edib

“Premiumbank”ın səhmlərinin 84,5%-nin sahibi Zərifə Həmzəyeva vəfat edib.

Bu barədə bankın açıqlamasında bildirilir.

O, həm də ölkənin aparıcı kosmetika istehsalçısı olan “Gazelly Group”un təsisçisi və prezidenti, “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin keçmiş rəhbəri (2023-cü ilin sentyabr ayında vəzifəsindən azad edilib) Cahangir Əsgərovun həyat yoldaşı olub.

“Premiumbank” 1993-2008-ci illərdə AZAL-ın mülkiyyətində olmuş “Azalbank”ın müəmmalı şəkildə özəlləşdirilməsi ilə - “Silk Vey Bank” adı ilə yaradılıb, 2018-ci ildə isə adını indikinə dəyişib. Onun səhmdarları arasında Z.Həmzəyevadan başqa, 15,2% payla “VİP Aviasiya Xidmətləri” şirkəti və 0,3% payla Elvir Əhmədova da var.

Chosen
8
turan.az

1Sources