EN

Britaniya parlamentində 20 Yanvar faciəsinin 35-ci ildönümü anılacaq

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğının 35-ci ildönümü Britaniya parlamenti tərəfindən anılacaq.

hakimiyyet.az bu barədə Birləşmiş Krallığın parlamentinin saytına istinadla xəbər verir.

Bildirilir ki, təklif deputat Bob Bləkmən tərəfindən verilib və ölkə parlamentinə 644 nömrəli "Erkən gündəlik təklif" (Early Day Motion) qanunverici sənəd statusunda təqdim edilib.

"Palata Azərbaycanın paytaxtı Bakının işğalı zamanı həyatını itirən 150 mülki şəxsin xatirəsini yad edir və bu hadisələrin həmişə xatırlanması üçün bütün üzvləri bu günü qeyd etməyə çağırır", - deyə sənəddə vurğulanıb.

Qeyd edək ki, "Erkən gündəlik təkliflər" Böyük Britaniya parlamentində müəyyən məsələlərə diqqət çəkmək və müzakirələrə başlamaq məqsədilə təqdim edilən rəsmi qanunverici sənədlərdən biridir.

Chosen
9
hakimiyyet.az

1Sources