Qeyd edək ki, Dünya Bankı isə 2025-ci ildə Azərbaycan ÜDM-nin 2.7 faiz, 2026-cı ildə isə 2.4 faiz artacağını proqnozlaşdırıb.
Xatırladaq ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ölkənin ÜDM-nin 2025-ci ildə 3.5 faiz, 2026-cı ildə isə 2.8 faiz olacağını proqnozlaşdırıb. Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozuna görə, 2025-ci ildə Azərbaycanın ÜDM 2,7 faiz artacaq. Asiya Bankı isə Azərbaycanın ÜDM artım tempini 2025-ci il üzrə 2.6 faiz, ING isə 2025-ci il üçün 2.6 faiz, 2026-cı il üçün 2.8 faiz göstərmişdi.