EN

Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar

Azərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi vardır. Xalqlarımız hər zaman bu əlaqələri qoruyub saxlayıb və inkişaf etdiriblər...

Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da münasibətlər inkişaf etməkdə davam edib. Bu münasibətlərin möhkəmlənməsində hər iki dövlətin rəhbərlərinin böyük rolu olub.

Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlır əlaqələrinin möhkəmlənməsi və inkişafinda növbəti addım yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasına işgüzar səfəri olmuşdur. Səfər çərçivəsində Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib.

Qeyd edilməlidir qonşu Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olub. Ötən dövr ərzində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Bu gün hər iki dövlət arasında siyasi dialoqlar aparılır, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər biribirinə qarşılıqlı dəstək verir, ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verilir, bu əlaqələrin genişlənməsi istiqamətində daimi işlər aparılır. İnvestisayalar sahəsində əməkdaşlıq yaxşı dinamika mövcuddur. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkədir və ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.

İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. SOCAR tərəfindən Gürcüstanda böyük layihələr həyata keçirilir, yeni layihələr hazırlanır. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr regional əməkdaşlıqğın uğurlu nümunəsi olaraq qalmaqdadır. Bu layihələr Cənubi Qafqazın transformasiyasına xidmət etir və bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdirib. Çox böyük əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında hər iki ölkənin önəmli rolu olub. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsü salınmağa başlanılıb.

Bu gün nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər artmaqdadır. Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və ildən-ilə bu ixrac artır. Keçən il bu, 25 milyard kubmetr olmuşdur. Bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.

Orta Dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal işlər aparılır.

İki dövlət arasında kənd təsərrüfatının müxtəlif istiqamətlərində, o cümlədən kənd təsərrüfatı və emalı məhsulları üzrə qarşılıqlı ticarət, bitki mühafizəsi, baytarlıq və digər sahələrdə uğurlu əməkdaşlıqdan və təcrübə mübadiləsi aparılır.

Mədəni-humanitar sahədə də əməkdaşlıq əlaqələri uğurlu nəticələr verir. Belə ki, 2023-cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasiminin keçirilib. Mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlıq əlaqələri genişlənməkdədir.

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb və görüşdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Öz çıxışında ölkəmizin başçısı bildirib ki, “Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır”.

“Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər”, - deyə dövlətimizin başçısı iqtisadi sahədə də yaxşı nəticələrin olduğunu vurğulayıb.

Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Gürcüstan baş nazirinin ilk xarici səfərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edib və bu səfərin Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır, bütün istiqamətlər üzrə uğurla inkişaf edir və bütün qonşular üçün nümunə ola bilər.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlətimizin başçısı ilə mətbuata birgə bəyanatında Prezident İlham Əliyevin bölgədəki nüfuzunu xüsusi qeyd edib: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.

Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevə dünya səviyyəsində, o cümlədən regionda olan hörməti və nüfuzunu bir daha nümayiş etdirir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Poliqon.info

 

Chosen
4
5
poliqon.info

10Sources