EN

Neftimiz bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,30 ABŞ dolları artaraq 84,37 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 84,07 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.

Chosen
4
23
qafqazinfo.az

10Sources